“Rusiya Prezidenti Birləşmiş Ştatlarda qarşıdan gələn prezident seçkiləri haqqında danışmağı dayandırmalıdır”.
7Times.az xəbər verir ki, bunu sentyabrın 5-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
Bundan əvvəl Vladivostokda keçirilən forumda Vladimir Putin demişdi ki, Moskva seçkilərdə demokrat namizəd Kamala Harrisin qələbəsini istərdi.
Kirbi deyib ki, Putinin kiməsə üstünlük verdiyini bildirməsinə ehtiyac yoxdur. Putin demişdi ki, Moskva hazırkı Prezident Co Bayden seçki yarışından “çıxarılandan” sonra Kamala Harrisi dəstəkləyir, “amma son seçim Amerika xalqınındır”.
Putinin dediklərini Harrisin respublikaçı rəqibi Donald Tramp da şərh edib: “Bilmirəm, ona zəng edib hərarətli təşəkkürümü bildirməliyəmmi? Mən bunu necə qiymətləndirməli olduğumu bilmirəm. Bilmirəm o bununla məni təhqir edib, yoxsa xeyrimə danışıb”.
“AzPolitika.info”
Follow @7timesaz