Hərbi

Rusiya ordusu İran PUA-ları ilə Ukraynaya hücum etdi – Kiyev adminstrasiyası məlumat yaydı

Rusiya ordusu İran PUA-ları ilə Ukraynaya hücum etdi – Kiyev adminstrasiyası məlumat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 7-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə növbəti irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib.

7Times.az  yerli teleqram kanallarına istinadla xəbər verir ki, Kiyev administrasiyasının rəhbəri Sergey Popko Ukrayna paytaxtını təhdid edən bütün dronların məhv edildiyini bildirib.

Onun sözlərinə görə, Kiyevin Peçerski rayonunda pilotsuz təyyarələrinin hücumu nəticəsində 4 yerdə dağıntılar və yanğınlar baş verib. Popko əlavə edib ki, ilkin məlumatlara görə, şəhərdə tələfat və başqa dağıntı yoxdur.

Ali Radanın mətbuat xidməti öz teleqram kanalında bildirib ki, parlament binası yaxınlığında pilotsuz təyyarələrdən birinin qalıqları aşkar edilib. Mətbuat xidməti əlavə edib ki, dağıntı olmayıb.

“RBC Ukraine” Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Ruslan Kravçenkoya istinadən yazıb ki, regionda həyəcan siqnalı 8 saatdan çox davam edib. Ərazilərdən birində vurulmuş PUA-ların qalıqlarının düşməsi nəticəsində üç fərdi evin pəncərələri qırılıb, qapılar və damlar zədələnib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 7-nə keçən gecə Rusiya Ukrayna ərazisinə “Şahed” tipli 67 pilotsuz uçan aparatı buraxıb. Onlardan 58-i vurulub, daha 6-sı Ukraynanın nəzarət edilən hava məkanınından uzaqlaşb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, onlar Rusiya, Belarusiya və müvəqqəti işğal olunmuş Luqansk vilayəti istiqamətində uçuşlar həyata keçirib.

Qeyd edildiyi kimi, üç pilotsuz təyyarə Ukrayna ərazisində itib. Ukrayna komandanlığı onların elektron mübarizə vasitələri tərəfindən vurulduğunu güman edir.

“AzPolitika.info”