Rusiya ordusu sentyabrda Çinin keçirdiyi təlimlərə qatılacaq.
7Times.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Rusiya hərbçiləri sentyabr ayında Çin ordusu tərəfindən Yapon dənizi və Oxot dənizində keçiriləcək təlimlərdə iştirak etmək üçün dəniz və hava qüvvələrini göndərəcək.
Qeyd edək ki, təlimlərin məqsədi Çin və Rusiya hərbçiləri arasında strateji koordinasiya səviyyəsini dərinləşdirmək və onların təhlükəsizlik təhdidlərinə birgə cavab vermək qabiliyyətini artırmaqdır.
Follow @7timesaz