Dünya

Zelenskinin xanımı: “Bizim də işığımız sönür, amma indi generator almışıq”

Zelenskinin xanımı: “Bizim də işığımız sönür, amma indi generator almışıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın davamlı hücumları səbəbindən elektrik enerjisi böhranı yaşayan Ukraynada prezident Volodimir Zelenskinin evində də işıqlar tez-tez sönür.
7Times.az  xəbər verir ki, bununla bağlı Ukraynanın birinci xanımı Yelena Zelenskaya açıqlama verib.
Zelenskaya bildirib ki, onun evi də istisna deyil və elektrik enerjisinin kəsilməsi tez-tez baş verir. Ancaq bu il cütlük generator alıb və indi demək olar evləri həmişə işıqlıdır.
“Əlbəttə işıq kəsilir. Eyni enerji sistemində yaşayırıq. Bu il mənim üçün bir az asan oldu, çünki generator işləyir. Yüksək səslə işləyir, amma qənaət edir. Xatırlayırsınızsa, enerji sisteminə ilk hücumlar belə deyildi, o zaman hamımız həyatın necə olduğunu şamlarla xatırlayırdıq. Uşaqlarla romantik axşamlar keçirdik. Hətta xoşuma gəlirdi. Şam işığında nahar edirdik, kitablar oxuyurduq, imkan daxilində stolüstü oyunlar oynayırdıq”, deyə birinci xanım etiraf edir.
Zelenskaya paytaxtda hava xəbərdarlığı elan olunanda bomba sığınacağına enib-enməməsi ilə bağlı suala da cavab verib. Hazırda bir çox ukraynalılar artıq bu qaydaya məhəl qoymurlar. Prezidentin həyat yoldaşının sözlərinə görə, o, əksər vətəndaşlar kimi müharibənin qoyduğu şərtlərdən yorulsa da, uşaqları ilə birlikdə hər dəfə evin zirzəmisinə enir.
“Əminəm ki, sığınacağa enmək çox vacibdir. Hər dəfə gecələr xəbərdarlıq elan olunanda uşaqları oyadıram və sığınacağa düşürük. İtlərimi, pişiyi aparıram. Amma eyni zamanda, mən zirzəmiyə enə bildiyim üçün çox şanslı olduğumu başa düşürəm. Bu, həyatları xilas edir. Və zaman-zaman atəşdən sonra qurbanları sayanda görürük ki, sığınacaq olsaydı, insanlar aşağı düşə bilsəydilər, xilas olardılar”, deyə birinci xanım vurğulayıb.
Qaynarinfo