Dünya

Rusiya bu ölkədən 630 milyon dollar borcunu ödəməsini tələb etdi

Rusiya bu ölkədən 630 milyon dollar borcunu ödəməsini tələb etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “VEB.RF” dövlət korporasiyası Banqladeşdən “Ruppur” atom elektrik stansiyasının tikintisi üçün götürdüyü kreditin ödənməmiş və cari faizlərinə görə 630 milyon dollar borcunu ödəməsini tələb edib.

7Times.az  xəbər verir ki, bu barədə yerli “TBS” nəşri yazıb.

Jurnalistlər “VEB.RF”-nin 21 avqust tarixində İqtisadi Əlaqələr İdarəsinə (ERD) göndərdiyi məktuba çıxış əldə ediblər.

Məktubda ödənişlərin 15 sentyabr tarixinək ABŞ dolları və ya yuanla həyata keçirilməsi, “Bank of China”nın Şanxay filialındakı depozitə köçürülməsi istənilib.

Qeyd edək ki, Banqladeş gecikməni ABŞ-nin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalar və ödəniş kanallarının olmaması ilə izah edir. Maliyyə vəsaitləri Banqladeş Bankındakı depozit hesaba köçürülüb, lakin daha sonra göndərilməyib.

BAKU.WS