Dünya

Hizbullah İsrailin şimalına hücum edib

Hizbullah İsrailin şimalına hücum edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah İsrailin şimalına hərbi hədəflərə 9 hücum təşkil etdiyini açıqlayıb.

Hizbullahın “Telegram” hesabından yayımlanan açıqlamada hücumlar nəticəsində hədəflərin birbaşa vurulduğu, İsrail qüvvələri arasında ölən və yaralananların olduğu bildirilib.

Bundan əlavə, Hizbullah tərəfindən yayımlanan başsağlığı mesajında Abbas Hadr Həmədə adlı daha bir hizbullahçının İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda həyatını itirdiyi bildirilib. Beləliklə, 8 oktyabr 2023-cü ildən İsrail ordusu ilə Livan Hizbullahı arasında davam edən qarşıdurmalarda və qarşılıqlı hücumlarda həyatını itirən Hizbullah üzvlərinin sayı 440-a çatıb.