Avropa ittifaqı ölkələrinin səfirləri Ermənistan və Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində olublar.
7Times.az erməni mətbuatına istinadla xəbər verir ki, səfirləri Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan müşayiət edib.
Səfirlərə gömrük-keçid məntəqələrinin infrastrukturunun müasirləşdirilməsi, o cümlədən sərhəd nəzarətinin xüsusiyyətləri, gömrük islahatlarının əsas istiqamətləri, o cümlədən ticarətin asanlaşdırılması, rəqəmsallaşma və infrastrukturun modernləşdirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və əldə olunmuş nailiyyətlər təqdim olunub.
2022-ci ilin iyulunda Vyanada keçirilən dördüncü görüşdə tərəflər üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin mümkün qədər tez açılması barədə razılığa gəliblər. Erməni tərəfi artıq təxminən 1 milyard dram xərcləyərək Ermənistan – Türkiyə sərhədindəki Marqara keçid məntəqəsini yenidən qurmuşdu, lakin razılaşmadan iki il sonra, iyulun 30-da səfirlər Ruben Rubinyan və Seydar Kılıçın görüşündə razılaşmanın nə vaxt həyata keçiriləcəyi sualına cavab verilmədi.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistan – Azərbaycan danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə sərhədin açılacağını bəyan edərək, Ermənistan – Türkiyə və Ermənistan – Azərbaycan münasibətlərinin tənzimlənməsi proseslərinin bir-biri ilə əlaqəli olduğunu vurğulayıb.
“AzPolitika.info”
Follow @7timesaz