Dünya

Ərdoğan Baydenin bu dəvətini geri çevirib – İsrailə dəstəyinə görə

Ərdoğan Baydenin bu dəvətini geri çevirib – İsrailə dəstəyinə görəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Co Baydenin təşkil etdiyi şam yeməyinə qatılmaqdan vaz keçərək ABŞ-ni tərk edib.

7Times.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayəb.

Məlumata görə, sessiyada çıxış edən Ərdoğan Nyu-Yorkda yerləşən “Türk Evi”nə baş çəkib və diplomatik təmaslarını başa vurduqdan sonra həyat yoldaşı Əminə Ərdoğan və Türkiyə rəsmi heyyəti ilə birlikdə Con Kennedi Beynəlxalq Hava Limanına yola düşüb. Hava limanına gələn Ərdoğan və onu müşayiət edən şəxslər “CAN” adlı şəxsi təyyarə ilə axşam saat 00:40-da ABŞ-dən Türkiyəyə yola düşüb.

Qeyd edək ki, şam yeməyinin nə üçün ləğv edildiyi ilə bağlı rəsmi bir açıqlama verilməyib. Ancaq Türkiyə mətbuatı Ərdoğanın bu addımını aylardır Qəzzada qətliamlar törədən İsrailin əsas dəstəkçisi olan Bayden administrasiyasına qarşı reaksiya kimi qiymətləndirib. Bildirilib ki, Ərdoğan bu səbəbdən Baydenin şam yeməyi dəvətini geri çevirib.

Xatırladaq ki, ABŞ-də olduğu zaman “NBC News” kanalında Keir Simmonsa müsahibə verən Türkiyə lideri ABŞ-nin İsrailə verdiyi dəstəyə bir daha öz etirazını bildirib.

Ərdoğan Qərb ölkələrinin İsrailə münasibətini tənqid edən bəyanatında bu ifadələrdən istifadə edib:”Təəssüf ki, bir çox Qərb dövlətləri İsrailə qarşı susmağa davam edir və mövqe ortaya qoymayıblar.  NATO müttəfiqləri arasında İsrailin yanında olan ölkələr var. Hazırda ABŞ-dəyik. ABŞ-də bu ölkələrdən biridir. ABŞ Prezidenti Co Bayden bir tərəfdən İsraili tənqid edir, digər tərəfdən də fərqli formada dəstək verir. Məsələn, İsrailə silah və sursat yardımı edir, dəstək üçün Aralıq dənizinə öz hərbi təyyarə gəmisini göndərir”.

“AzPolitika.info”