Dünya

Kobaxidze çağırış etdi – Osetiyanın cavabı…

Kobaxidze çağırış etdi – Osetiyanın cavabı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya sakinlərini vahid gürcü dövlətində yaşamağa çağırıb.

7Times.az  xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O, ölkənin ərazi bütövlüyünü bərpa etməyin yolunu qarşılıqlı bağışlamada gördüyünü bildirib:

“Mən Abxaziya və Sxinvali bölgəsində olan xalqımıza müraciət etmək istərdim. Bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır. Və bir gün biz uşaqlarımızla birlikdə xoşbəxt, birləşmiş və inkişaf etmiş Gürcüstanda yaşaya biləcəyik. Biz ölkəmizdəki bütün dağılmış körpüləri bərpa etməliyik”, – Kobaxidze deyib.

Cənubi Osetiya “xarici işlər nazirliyi” Gürcüstanın Baş naziri Kobaxidzenin çağırışlarına cavab verib. Bildirilib ki, Sxinvali öz mövqeyini dəyişməyib və Tiflisdən təhlükəsizlik zəmanəti ilə bağlı sənəd imzalamasını gözləyir.

Axar.az