Dünya

“Rusiyanın nüvə doktrinasında dəyişiklik Qərbə siqnaldır” – Kreml

“Rusiyanın nüvə doktrinasında dəyişiklik Qərbə siqnaldır” – Kremlbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın nüvə doktrinasında dəyişiklik Qərbə siqnaldır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, həmin ölkələrə mütləq nüvə deyil, müxtəlif vasitələrlə hücumda iştirak etsələr belə, onların nəticələri barədə xəbərdarlıq edən siqnaldır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, bütün dünyaya Rusiyanın nüvə potensialı yaxşı məlumdur və sağlam düşünən Qərb siyasətçiləri Putinin bəyanatlarının ciddiliyini, xüsusən də, Ukrayna münaqişəsində Qərb dövlətlərinin, o cümlədən nüvə güclərinin birbaşa iştirakı ilə təhrik olunan görünməmiş qarşıdurma kontekstində başa düşürlər.