Dünya

Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək

Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Livanda atəşkəslə bağlı təkliflərin müzakirəsini davam etdirəcək.

“Report” bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.

Sentyabrın 25-də ABŞ və Fransa Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırıb.

B.Netanyahunun sözlərinə görə, İsrail nümayəndə heyəti ABŞ-nin atəşkəs təkliflərini müzakirə etmək üçün artıq dünən görüş keçirib və yaxın günlərdə müzakirələri davam etdirəcək. O, İsrail tərəfinin ABŞ-nin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Komandalarımız ABŞ-nin təşəbbüsünü və insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması kimi ümumi məqsədə necə töhfə verə biləcəyimizi müzakirə etmək üçün bir araya gəldi. Bu müzakirələri yaxın günlərdə davam etdirəcəyik”, – baş nazir bildirib.