Ölkə

Oktyabrın 8-də pik həddə çatacaq  XƏBƏRDARLIQ!

Oktyabrın 8-də pik həddə çatacaq – XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oktyabrın 6-dan 10-na qədər Drakonid meteor yağışı müşahidə ediləcək”.

 

Bu barədə 7Times.az -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

 

Qeyd olunub ki, bu, oktyabrın 8-də pik həddinə çatacaq.

 

“Mənbəyi Əjdaha (Drakon) bürcündə olduğuna görə bu meteor yağışı Drakonidlər adlanır. Bakıda Drakonid meteor yağışı isə bütün gecə ərzində müşahidə olunacaq. Ümumiyyətlə, Drakonid saatda cəmi 10 meteor istehsal edən kiçik meteor yağışıdır. O, ilk dəfə 1900-cu ildə kəşf edilmiş “21P Giakobini-Zinner” kometinin qoyub getdiyi toz dənələri tərəfindən əmələ gəlir. Kometin Günəş ətrafında bir dövrü tamamlaması təxminən 6,6 il çəkir”.

 

Bildirilib ki, meteor yağışları Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə yaranır:

 

“Zaman keçdikcə bu axınlardakı quma bənzər parçalar Günəş sistemi ətrafında ana cismin orbitinin uzunluğu boyunca paylanır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda, adətən, təxminən 70-100 km yüksəklikdə “düşən” ulduzlar görünür. Ən çox meteor görmək üçün birbaşa yağışın mənbəyinə deyil, səmanın ondan təxminən 30-40° uzaqlıqdakı hər hansı qaranlıq hissəsinə baxmaq lazımdır. Məhz yağışın mənbəyindən bu məsafədə meteorların əksəriyyəti görünür”.