Dünya

Rusiya İrandakı vətəndaşlarına ÇAĞIRIŞ ETDİ

Rusiya İrandakı vətəndaşlarına ÇAĞIRIŞ ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı Rusiya vətəndaşları sosial şəbəkələrdə bədxahların yaymağa çalışdıqları panikaya boyun əyməməlidir.

 

7Times.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.

 

“Ölkədə vəziyyət sakitlik və soyuqqanlılıq tələb edir. İran hava limanlarında fəaliyyətin bərpası ilə bağlı rəsmi qurumlardan rəsmi bildirişlər gözləyirik. Küçələrdə foto və video çəkməkdən çəkinməyinizi və bədxahların sosial şəbəkələrdə yaymağa çalışdıqları çaxnaşmaya uymamağınızı xahiş edirik”, – diplomatik missiyanın bəyanatında deyilir.

 

Həmçinin qeyd edilib ki, İrandakı səfirlik və bütün xarici qurumlar adi rejimdə işləyir.

 

Xatırladaq ki, ötən gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. SEPAH İsrailə raket atdığını təsdiqləyib və Təl-Əvivin hücuma cavab verəcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib. Hücum nəticəsində İran raketləri İsrailin 20-dən çox F-35 təyyarəsini, həmçinin Aşkelon şəhərindəki qaz platformalarını vurub. (Publika.az)