Türkiyənin Ankara şəhərində Milli Kəşfiyyat İdarəsi (MİT) və polis birgə əməliyyat keçirib.
7Times.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 8 ildir axtarılan FETÖ-çü Mustafa Karatay evində saxlanılıb. Terrorçunun evindəki bütün rəqəmsal vasitələr götürülüb.
Qeyd edilib ki, o, FETÖ-nün əsas üzvlərindən biri olub.
Məlumata görə, M.Karatay 15 iyul çevriliş cəhdinin təşkilatçılarından biri olub.
Başqa bir məlumata görə, İstanbulda da FETÖ-yə qarşı əməliyyat keçirilib. 14 fərqli ünvanda eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 6 şübhəli şəxs saxlanılıb.
Follow @7timesaz