“Ukraynanın NATO-ya mümkün üzvlüyü III Dünya Müharibəsinin başlanğıc nöqtəsi olacaq”.
7Times.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.
O, qeyd edib ki, baş nazir olduğu müddətdə deputatlara Ukraynanın NATO-ya üzvlüyünü təsdiqləməməyi tövsiyə edəcək.
Ukraynanın NATO-ya qəbulunun bütün üzv ölkələrin razılığı ilə olacağını xatırladan Robert Fiko, bu münasibətini həm ABŞ, həm də Ukraynadan gizlətmədiyini deyib.
R. Fiko ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın qalib gəlməsinin Ukraynanın xeyrinə olacağını müdafiə edib.
“Bu, böyük ehtimalla Rusiya ilə müharibənin sona çatması demək olacaq”,-deyə Fiko qeyd edib.
“AzPolitika.info”
Follow @7timesaz