Ermənistanda hərbi vəziyyət rejimi çərçivəsində mitinq, tətil və nümayişlərin keçirilməsinə qoyulan qadağa, ölkəyə giriş-çıxışda xüsusi rejimin tətbiqi ilə bağlı qərar ləğv olunub.
7times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, noyabrın 10-dan etibarən Ermənistanın 17 müxalifət partiyası baş nazir Nikol Paşinyanın əleyhinə kütləvi aksiyalar keçirir. Onlar Qarabağla bağlı atəşkəs sazişini imzalayan Paşinyanın istefasını tələb edirlər. Aksiya iştirakçılarının çoxu saxlanılaraq polis bölməsinə aparılırdı. Onlar hərbi vəziyyət rejimində mitinqlərin keçirilməsinə qoyulan qadağanı pozmaqda ittiham olunurdular.qafqazinfo
Follow @7timesaz