Bundesver (Almaniya Müdafiə Nazirliyi – Qeyd) artıq Ukraynaya ağır hərbi texnika verməyi planlaşdırmır.
7Times.az xəbər verir ki, bu barədə “Bild” nəşri mənbəyə istinadən xəbər verib.
Nəşr nazirliyin daxili sənədini nəzərdən keçirib və məlum olub ki, Bundesver Kiyevin tezliklə əks-hücum keçirə biləcəyinə inanmır: “Odur ki, bütün əsas hərbi texnikanın Ukraynaya tədarükü başa çatıb”, – deyə məqalədə vurğulanıb.
Qeyd edilib ki, Almaniya təxminən 300 tanka malik olsa da, artıq Ukraynaya “Leopard 2” göndərməyəcək.
Eyni zamanda ABŞ prezidenti Cozef Bayden seçkilər öncəsi Ukraynadakı münaqişə ilə bağlı danışmaq istəmir.
Onun Ramşteyndəki görüşünün təxirə salmaq qərarının əsl səbəbi Kiyev olub, Milton qasırğasının nəticələrinin isə sadəcə bəhanə olduğu iddia edilir.
Follow @7timesaz