Hərbi

“55 İsrail əsgəri öldürüldü, 500-ü yaralandı” Hizbullah

“55 İsrail əsgəri öldürüldü, 500-ü yaralandı” – Hizbullahbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin HƏMAS-ın son lideri Yəhya Sinvarın öldürülməsi ilə bağlı açıqlamasının əks-sədaları davam edərkən, bölgədə davam edən qarşıdurmalarla bağlı Hizbullahdan da açıqlama gəlib.

“Telegram” sosial şəbəkə platformasında verilən açıqlamada İsrailin cəbhə xəttində 70 mindən çox əsgər və yüzlərlə hərbi texnika yerləşdirdiyi bildirilib.

Açıqlamada Hizbullahın İsrail daxilində, eləcə də Livan sərhədində İsrail əsgərlərinə qarşı raket və dron hücumlarını artırdığı ifadə edilb: “Toqquşmalarda təxminən 55 İsrail əsgəri ölüb, 500-dən çox əsgər isə yaralanıb. İşğalın başlanğıcından bu yana Hizbullah 20 Merkava tankını, 4 hərbi buldozeri və 2 pilotsuz uçuş aparatını məhv edib”.

Bəyanatda “qarşıdurmada yeni gərginləşmə mərhələsinin başladığını elan edirik” deyilsə də, HƏMAS lideri Yəhya Sinvarın ölüm xəbərinə münasibət bildirilməyib.

“AzPolitika.info”