Dünya

Blinken və Qalant İrana qarşı mübarizəni müzakirə ediblər

Blinken və Qalant İrana qarşı mübarizəni müzakirə ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken Tel-Əvivdə keçirilən görüşdə İsrailin müdafiə naziri Yoav Qalant ilə İrana qarşı mübarizəni müzakirə edib.

“Report”un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Blinken və Qalant “İran və onun nəzarəti altında olan qüvvələrin regionda gələcək təcavüzünün qarşısını almaq üçün səylər” barədə danışıblar. “Dövlət katibi İranın misli görünməmiş ballistik raket hücumuna cavab da daxil olmaqla, ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib”, – sənəddə deyilir.

Blinken və Qalant həmçinin “israillilər və fələstinlilər üçün uzunmüddətli sülhün təmin edilməsi ilə yanaşı, bütün girovların azad edilməsinin və Qəzza zolağında münaqişəyə son qoyulmasının vacibliyini” müzakirə ediblər. Millerin sözlərinə görə, ABŞ dövlət katibi “Qəzzaya humanitar yardımın tədarükünün təcili artırılmasının vacibliyini vurğulayıb” və həmçinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq İsrail ilə Livanın “Hizbullah” radikal təşkilatı arasında münaqişənin diplomatik həllini dəstəkləyib.