Dünya

Müharibənin bitməsi üçün ilk addım – Zelenski açıqladı

Müharibənin bitməsi üçün ilk addım – Zelenski açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün ilk addım nə ola bilər?

7Times.az  xəbər verir ki, “Financial Times”-a müsahibəsində bu suala cavab verən Ukrayna Prezidenti Volodimir Zelenski ilk növbədə Rusiya ilə enerji infrastrukturuna qarşılıqlı şəkildə zərbə endirilməməsini önə çəkib.

O deyib ki, Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna hücumlardan imtinası müharibənin qaynar fazasına son qoymaq üçün ilk addım ola bilər: “Enerji təhlükəsizliyi ilə bağlı qərar verilə bilər. Yəni biz onların enerji infrastrukturuna hücum etmirik, onlar da bizimkilərə hücum etmirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Düşünürəm ki, bəli”.

Onun sözlərinə görə, həmçinin, Rusiya ilə Qara dənizdə enerji və kommersiya gəmilərinə hücumlardan imtinaya dair razılaşmalar Moskvanın müharibəni dayandırmağa hazır olduğuna işarə ola bilər. Bununla belə, o, Rusiyanın hazırda danışıqlara açıq olmasının ilk növbədə ABŞ seçkilərinin nəticələrindən asılı olduğunu qeyd edib.

“AzPolitika.info”