Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı”nın məxfi hissələrinin birində Ukraynaya 2400 kilometr mənzilli “Tomaqavk” raketlərinin verilməsi tələbi var.
7Times.az xəbər verir ki, bunu “New York Times” nəşri ABŞ administrasiyasının adı çəkilməyən yüksək vəzifəli şəxsinə istinadla yazıb.
ABŞ rəsmisi qeyd edib ki, bu, “tamamilə qeyri-mümkün tələbdir”. Onun dediyinə görə, heç bir iri NATO ölkəsi Ukraynanın Rusiya Federasiyasının dərinliklərində yerləşən hərbi hədəflərə uzaqmənzilli Qərb raketləri atmasına icazə vermir və heç bir böyük ölkə Ukraynanın NATO-ya dəvətini dəstəkləmir. Qəzet yazır ki, bu səbəbdən Zelenskinin son həftələrdəki ABŞ-yə və Avropaya rəsmi səfərləri “uğursuz sayıla bilər”.
“AzPolitika”
Follow @7timesaz