Hərbi

İsrail İrana yeni hücuma hazırlaşır

İsrail İrana yeni hücuma hazırlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İrana yeni zərbəsi yaxın vaxtlara planlaşdırılır. 7Times.az  xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 27-də axşam Nazirlər Kabineti “Hizbullah”ın baş nazir Benyamin Netanyahunun iqamətgahına hücumuna İsrailin reaksiyasını müzakirə etmək üçün çoxlu saatlar sərf edib.

“İsrail nazirləri və təhlükəsizlik rəhbərləri bir neçə cavab planı hazırlayıblar. Yaxın vaxtlarda qərar veriləcək”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, İsrail oktyabrın 26-da İran ərazisinə hücum edib. “Byu-York Tayms” yazıb ki, bu hücum zamanı İranın dörd ədəd S-300 hava hücumundan müdafiə batareyasını məhv edilib.

İsrail Müdafiə Qüvvələri İranın yaxın iki-üç il ərzində strateji hava hücumundan müdafiə imkanlarını itirdiyini iddia edir.

Tehranda isə qeyd olunub ki, İsrail tərəfi hücum nəticəsində 4 hərbçinin həlak olduğunu etiraf edərkən, hücumun vurduğu zərərin həcmini şişirdir.