Hərbi

“Rusiyanın canlı qüvvə ehtiyaclarını qarşılamasında ciddi problemlər var”  Pentaqon

“Rusiyanın canlı qüvvə ehtiyaclarını qarşılamasında ciddi problemlər var” – Pentaqonbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun Hərbi Hava Qüvvələrinin sözçüsü general-mayor Pat Rayder Şimali Koreyanın Rusiyanın Uzaq Şərq Federal Dairəsinə 10 minə yaxın hərbçi göndərdiyini və onların rusiyalı həmkarları ilə birlikdə təlim keçməyə hazırlaşdığını təsdiqləyib.

“Az sayda Şimali Koreya əsgərıəri artıq Rusiyanın Kursk bölgəsində, Ukraynanın şərq sərhədi yaxınlığındadır“, – general qeyd edib.

“İlkin əlamətlər budur ki, bu qoşunlar piyada mövqelərində yerləşdiriləcək. Biz Rusiyanın bu əsgərlərdən döyüşlərdə iştirakından və ya Kurskda Ukrayna qüvvələrinə qarşı əməliyyatlarına qatılmasından narahatıq. İndi Rusiyanın Ukrayna ərazisindəki qüvvələrini dəstəkləmək üçün xarici hərbçiləri cəlb etməyə məcbur olması faktı göstərir ki, onların canlı qüvvə ehtiyaclarını qarşılamasında ciddi problemlər var”, – Pat Rayder bildirib.