Dünya

“Putin və Netanyahuyla bağlı həbs orderləri hüquqi baxımdan eyni mahiyyətlidir” – Fransa XİN

“Putin və Netanyahuyla bağlı həbs orderləri hüquqi baxımdan eyni mahiyyətlidir” – Fransa XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahuyla bağlı həbsi orderləri hüquqi baxımdan eyni mahiyyətlidir.

7Times.az  xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Xristofe Lemoin deyib.

Bu, Putinin Fransa torpağına ayaq basacağı təqdirdə Fransanın onu həbs etməyəcəyi anlamına gəlirmi sualına o, belə cavab verib: “Vladimir Putinə gəlincə, cinayət törədənlərin hamısı cəzasız qalmır. Onlar əməllərinə görə cavab verməlidirlər və biz həmişə demişik ki, beynəlxalq hüququ bütün aspektlərdə tətbiq edəcəyik”.

Bununla belə, o, BCM-nin nizamnaməsində təsbit edildiyini söylədiyi toxunulmazlıq məsələsinin “mürəkkəb” olduğunu və dövlətlərin məsələyə fərqli baxışlarının ola biləcəyini deyib.

“AzPolitika.info”