ABŞ və BƏƏ bir müddətdir ki, Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edir. Ancaq bunun bir şərti var: Əsəd İran və Hizbullahdan uzaqlaşmalıdır. Son hadisələrin də bunun üçün fürsət olduğu deyilir.
7Times.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. Bildirilib ki, 4 illik sakitlikdən sonra baş verən münaqişələr dünyanın diqqətini yenidən Suriyaya yönəldib.
Ərəb mətbuatında yer alan xəbərə görə isə, Suriya prezidenti Bəşər Əsədin İrandan uzaqlaşaraq Livandakı Hizbullahın silah yollarını kəsib-kəsməməsinə ABŞ və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərar verəcək.
“Middle East Monitor” ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi hərtərəfli sanksiyaların dekabrın 20-də sona çatacağını xatırladıb.
Eyni mənbələrə görə, müxalifətin irəliləyişi Əsədin İranla müttəfiqliyinin zəifliyini göstərir və bu məqamda əmirlik və ABŞ işə qarışır. Lakin lobbi iddialarına baxmayaraq, İranın xarici işlər naziri Əraqçi Əsədlə danışıb və İranın Suriyaya dəstəyinin davam etdiyini açıqlayıb. Bunun əksinə olaraq BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da həftə sonu baş verən son hadisələrlə bağlı Əsədlə telefonla danışıb.
Mənbələr bildiriblər ki, BƏƏ çoxdan Əsədi İrandan uzaqlaşdırmağa ümid edir və Suriya ilə işgüzar əlaqələr qurmaq istəyir, lakin ABŞ sanksiyaları bu səyləri əngəlləyib.
2011-ci ildə Əsəd etirazları yatırdıqdan sonra ABŞ Suriyaya qarşı sanksiyalar tətbiq edib və sonrakı illərdə bunu daha da sərtləşdirib. Sezar Aktı kimi tanınan ən ciddi icra qanunu Konqres tərəfindən 2019-cu ildə qəbul edilib. Sanksiyalar ABŞ qanunverici orqanları tərəfindən yenilənməsə, dekabrın 20-də müddəti başa çatacaq.
Follow @7timesaz