Türkiyədə hərbi obyekt yaxınlığında icazəsiz çəkiliş aparmaları səbəbindən saxlanılan NTV-nin jurnalistləri bu gün sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, 4 dekabrda Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıb.
Jurnalistlər İstanbulda rayonlardan birində “Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.axar.az
Follow @7timesaz