Dünya

NATO hərbi xərcləri artırır

NATO hərbi xərcləri artırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO 2025-ci ildə hərbi xərclər üçün yeni həddi ÜDM-in 2%-dən 3%-nə qaldıra bilər ki, bu da ittifaq ölkələrinin silah istehsalı ilə bağlı yeni hədəflərə çatması üçün zəruridir.

7Times.az  xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“İyun ayında keçiriləcək sammitdə tankların, təyyarələrin və digər silah sistemlərinin sayı ilə bağlı yeni konkret hədəflər qəbul ediləcək. Bu da alyansın məcburi müdafiə xərclərini ÜDM-in 3%-ə çatdırmağı tələb edə bilər”, – mənbə bildirib.