Vəzifəsini tərk etmək üzrə olan ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın “əsas tələbləri” yerinə yetirməyəcəyi təqdirdə Ukraynada atəşkəsin yolverilməz olduğunu düşünür.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Blinken Putinin atəşkəsdən öz ordusunu gücləndirmək üçün istifadə edəcəyini deyib: “Putin üçün istənilən atəşkəs orduya istirahət vermək, silahlanmaq və münasib olanda yenidən hücuma keçmək imkanı kimi qəbul edilir”.
Onun fikrincə, atəşin dayandırılması yalnız “əsas tələblərin yerinə yetirilməsini təmin edəcək şərtlərlə” mümkündür: “Əgər bu (atəşkəs – red.) Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq zəruri razılaşmaları, zəmanətləri və öhdəlikləri ehtiva edərsə, mümkündür”.
Follow @7timesaz