Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra ölkədəki vəziyyətlə bağlı da açıqlamalar verib.
Rusiya lideri Suriyanın devrilmiş lideri Bəşər Əsədlə Moskvaya gəldikdən sonra görüşmədiyini, lakin gələcəkdə görüşəcəyini bildirib. Putin bəyan edib ki, Suriyada baş verən hadisələr Rusiya üçün məğlubiyyət deyil.
Rusiyanın Suriyada quru qoşunlarının olmadığını bildirən Putin, “Rusiyanın Suriyada quru qoşunları yoxdur, yalnız hərbi bazaları var”, – deyə bildirib.
Rusiyanın Suriyada məqsədlərinə çatdığını ifadə edən Putin qeyd edib ki, Rusiya 10 il əvvəl Suriyaya terror zonasının yaranmasının qarşısını almaq üçün gəldi və məqsədlərinə çatdı.
“AzPolitika.info”
Follow @7timesaz