Dünya

Baş nazirdən Prezidentin təşəbbüsü ilə bağlı QƏRAR

Baş nazirdən Prezidentin təşəbbüsü ilə bağlı QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə qərar imzalayıb. 

7times.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.