Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ayrıca görüş olmayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Sankt-Peterburqda dekabrın 25-26-da keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammiti və Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Putin-Paşinyan danışıqlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandıran Kreml rəsmisi belə danışıqların planlaşdırılmadığını söyləyib.
“Putin və Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb, lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq” – deyə Peskov bildirib.
Follow @7timesaz