Baykal gölündə (Rusiya) 5,5 bal gücündə zəlzələ baş verib, təkanlar İrkutskda hiss olunub.
7times.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
“Bu gün 05:45-də (Bakı vaxtı ilə 01:45-də –red.) İrkutsk vilayətinin ərazisində seysmoloji hadisə qeydə alınıb. Episentrdə intensivlik 7,6 bal, İrkutskda 5-6 bal olub. Maqnitudası 5,5, enerji sinfi 14,0 olub”, – məlumatda deyilir.
Episentrin Buryatiya Respublikasının Kaban rayonunda Baykal gölündə olması dəqiqləşdirilir.
İrkutsk sakinləri yerli vaxtla saat 05:45-də 5-6 bal gücündə təkanlar hiss ediblər.
Follow @7timesaz