“Bu, Ukraynanın sonu olacaq”.
7Times.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya edilən yardımların dayandırılmasında danışarkən deyib.
“Sabah Ukraynanı dəstəkləməyi dayandırsaq, Avropanın məkəzindəki suveren, azad dövlətin sonu olacaq. Düzdür, bu, bizim müharibəmiz deyil, amma bizim də savaşımız ola bilər. Prezident Putin bir nəticəyə gələ bilər. Putin hazırlaşır. Nəyin baş verib-verməyəcəyini bilmirik, amma o, nəyəsə hazırlaşır. Bu, bizim üçün ciddi təhlükə yaradır”,-deyə o, qeyd edib.
“AzPolitika”
Follow @7timesaz