Dünya

Macarıstan Aİ-nin bu qərarından imtina etdi

Macarıstan Aİ-nin bu qərarından imtina etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Avropa İttifaqının (Aİ) qərarına zidd olaraq Gürcüstan diplomatları üçün vizasız rejimi ləğv etməyəcək.

7Times.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz düşünürük ki, ölkənin gələcəyi ilə bağlı qərar Brüsseldə deyil Gürcüstanda verilməlidir və Brüsselin xoşuna gəlib-gəlmədiyindən asılı olmayaraq gürcülər qərar veriblər”, – Siyarto qeyd edib.

Gürcüstan Xarici İşlər Nazirliyi diplomatik vizaların dayandırılması qərarını “texniki qərar” adlandırıb.

“Avropa İttifaqı Şurasının bu qərarını hansı ölkənin yerinə yetirəcəyini müşahidə edəcəyik. Aİ ilə daha geniş müstəvidə əlaqələrin olması bizim üçün çox vacibdir”, – deyə nazirlikdən bildirilib.