Dünya

Ukraynanın qaz enerjisi infrastrukturu obyektlərinə qrup zərbəsi endirilib

Ukraynanın qaz enerjisi infrastrukturu obyektlərinə qrup zərbəsi endirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinin fəaliyyətini dəstəkləyən qaz enerjisi infrastrukturu obyektlərinə qrup zərbəsi endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hədəf alınan bütün obyektlər vurulub.

Məlumatda Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Krımskoye yaşayış məntəqəsi ələ keçirdiyi də qeyd olunub.