Türkiyədə Nazirlər Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.
7Times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabinetində terrorla mübarizə və Suriya ilə münasibətlər müzakirə olunacaq.
Beştəpədə Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirləcək iclasda “Terrordan azad Türkiyə” hədəfinə doğru atılan addımlar, Boludakı otel yanğını, Suriyanın yeni rəhbərliyi və Qəzza ilə əməkdaşlığın artırılması müzakirə ediləcək əsas mövzular olacaq.
Mövzular Suriyanın şimalında və İraqda son antiterror əməliyyatlarını əhatə edəcək.
PKK/YPG-nin Suriyadan təmizlənməsi və bölgənin yenidən qurulması üçün yeni Dəməşq rəhbərliyinin atacağı addımlar dəyərləndiriləcək.
Nazirlər Kabinetinin digər gündəm maddəsinin HƏMAS – İsrail atəşkəsinin olacağı gözlənilir.
Türkiyənin atəşkəs rejiminin davam etdirilməsinə dəstək verməsi də kabinetdə müzakirə ediləcək məsələlər sırasındadır. Qəzzaya yardım da Nazirlər Kabinetinin gündəmində olacaq.
Digər tərəfdən, inflyasiya ilə mübarizə sahəsindəki inkişaflar və qiymət sabitliyinə nail olmaq istiqamətində atılan addımlar da dəyərləndiriləcək.
Follow @7timesaz