İran ABŞ tərəfindən təcavüzün olacağı təqdirdə onun təhdidlərinə tərəddüd etmədən cavab verəcək.
7Times.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei İran Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanlığı ilə görüşdə bildirib.
“Amerikalılar bizim haqqımızda öz fikirlərini söyləyir, bizə hədə-qorxu gəlirlər. Əgər onlar bizi təhdid etsələr, biz də onları təhdid edəcəyik. Əgər onlar bu təhdidi həyata keçirsələr, biz də buna qarşılıq verəcəyik. Əgər onlar ölkəmizin təhlükəsizliyinə qəsd etsələr, biz də tərəddüd etmədən eyni addımı atacağıq”, – o qeyd edib.
Follow @7timesaz