Dünya

Tramp ABŞ-nin konsulluqlarını da bağlayır Dövlət Departamenti işə başlayıb

Tramp ABŞ-nin konsulluqlarını da bağlayır – Dövlət Departamenti işə başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın administrasiyası xərclərin azaldılması çərçivəsində dünya üzrə bir sıra konsulluqları bağlamağı düşünür.

7Times.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Avropa ölkələrindəki, Kanada, Meksika və Sakit okean adalarındakı konsulluqlardan gedir. İxtisara məruz qala biləcək Avropadakı konsulluqların əsas hissəsi Almaniya və Fransada yerləşir.

Mənbələr Trampın konsulluqların siyahısını nəzərdən keçirdiyini, lakin yekun qərarın verilmədiyini bildirib. Mümkün bağlanmanın vaxtı da hələ müəyyən edilməyib. Dövlət Departamenti konsulluqlardan onların “diplomatik zərurətini” qiymətləndirmək də daxil olmaqla, ümumi fəaliyyətləri haqqında məlumat istəyib.

“AzPolitika.info”