Rusiya ilə ABŞ arasında danışıqlar yaxşı keçib. Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, bütün məsələlərlə bağlı ciddi müzakirə aparılıb: “Hələlik Rusiya ilə ABŞ-nin yaxınlaşdığını söyləmək çətindir. Lakin bu barədə söhbət aparılıb. Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər, həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır”.
Uşakov qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir: “Putin və Trampın görüşünün gələn həftə baş tutması ehtimalı azdır, konkret tarixlər barədə danışmaq çətindir”.
Follow @7timesaz