Dünya

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

7Times.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır”, – o bildirib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

“Report”