“Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar Kiyevin iştirakı olmadan qeyri-realdır”.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə brifinqdə deyib.
Zelenski bununla yanaşı bu gün Ər-Riyadda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı fikirlərini belə ifadə edib: “Ər-Riyaddakı görüş bizim üçün sürpriz oldu. Biz bunu mediadan öyrəndik. Düşünürəm ki, bu, təkcə bizim üçün yox, bir çox insana sürpriz idi”.
“Qafqazinfo”