Dünya

Ərdoğan Ramazan ayının ilk iftarını bu ölkədə açacaq

Ərdoğan Ramazan ayının ilk iftarını bu ölkədə açacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində, müsəlmanların müqəddəs Ramazan ayının ilk günündə Suriyaya səfər edə bilər.

7Times.az xəbər verir ki, bu barədə jurnalist Doğan Şentürkə istinadən “Now” telekanalı məlumat yayıb.

“Telejurnalist Doğan Şentürk Türkiyənin hakim partiyasından məlumat aldığını bildirib. Ərdoğan Ramazan ayının ilk iftarını Dəməşqdə açacaq. O, ilk namazını da Əməvi məscidində qılacaq”, – telekanal xəbər verir.

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan artıq Dəməşqə səfər ediblər.