Dünya

Rusiyanın bu şəhərdəki konsulluğu PARTLADILDI

Rusiyanın bu şəhərdəki konsulluğu PARTLADILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Marseldəki konsulluğunda partlayış baş verib.

7Times.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, yanğınsöndürmə xidməti partlayışın səhər saat 08:00-a qədər (Bakı vaxtı ilə 11:00) baş verdiyini bildirib.

“Fransanın Marsel şəhərindəki Rusiya konsulluğunun bağçasına naməlum şəxslər iki molotov kokteyli atıb”, – deyə “Valeurs Actuelles” qəzeti polisdəki mənbəyə istinadən yazıb.

“Polisdəki mənbələrin məlumatına görə, bu gün səhər saatlarında konsulluğun bağçasına iki “Molotov kokteyli” atılıb. Yaxınlıqda oğurlanmış avtomobil tapılıb”, – mətbuat yazır.

Rusiya konsulluğu Marselin 8-ci dairəsində Ambroise Pare prospektində yerləşir. Hadisə yerində 30-a yaxın yanğınsöndürən və polis əməkdaşı işləyir. Ölən və yaralananların olmadığı bildirilir.

Publika.az