Dünya

1097-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1097-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 1097-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

7Times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 44 334 PUA-sı, 596 zenit-raket kompleksi, 21 720 tank və digər zirehli texnikası, 1 521 reaktiv yaylım atəş sistemi, 21 992 artilleriya və minaatanı, 32 085 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.