Dünya

Ukrayna və ABŞ liderlərinin görüşünün mümkün tarixi açıqlanıb

Ukrayna və ABŞ liderlərinin görüşünün mümkün tarixi açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü, fevralın 28-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.

7Times.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, iki dövlətin liderləri Ukraynada faydalı qazıntıların çıxarılmasına dair saziş layihəsini müzakirə edəcəklər. Agentlik qeyd edir ki, onun şərtləri rəsmilər tərəfindən razılaşdırılıb.

Ağ Ev şərh verməkdən imtina edib.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib ki, ABŞ administrasiyası tezliklə prezidentlər Tramp, Putin və Zelenski arasında görüşlərə ümid edir. O, bu barədə “Fox News”a müsahibəsində aparıcının belə görüşlərin mümkünlüyü ilə bağlı sualına cavab verərkən danışıb.

Sözçü deyib ki, Tramp Zelenskinin ABŞ-nin Ukraynanın müdafiəsinə yatırdığı yüz milyardlarla dollar sərmayəni geri qaytara bilməsi üçün mineralların işlənməsi ilə bağlı saziş imzalamasını gözləyir.