Dünya

Rusiya və ABŞ İstanbulda danışıqlar aparacaq

Rusiya və ABŞ İstanbulda danışıqlar aparacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək.

7Times.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.

Görüşdə ölkələrin diplomatik nümayəndəliklərinin işinə olan maneələrin aradan qaldırılması müzakirə olunacaq.

Səfirlik işçilərinin fəaliyyətlərinin bərpası Rusiya və ABŞ nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub.

Qeyd edək ki, Ər-Riyad danışıqlarından sonra iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin müzakirələri uğurlu adlandırıblar.