Dünya

Kim Çen In Şimali Koreyanı müharibəyə hazırlayır – Orduyla bağlı yeni təlimatlar verib

Kim Çen In Şimali Koreyanı müharibəyə hazırlayır – Orduyla bağlı yeni təlimatlar veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ölkəsinin istənilən müharibə ssenarisinə qarşı güclü və müasir bir ordu qurmalı olduğunu bildirərək, hərbi akademiyalarda təhsil islahatlarının aparılması və inkişaf etmiş silah texnologiyalarına diqqət yetirilməsi barədə göstəriş verib.

7Times.az xəbər verir ki, dövlət mediası “KCNA” Kim Çen Inın Kanq Kon Hərbi Akademiyasını ziyarət etdiyini və ordunun tədris müəssisələrinin kifayət qədər müasir standartlara cavab verməməsini tənqid etdiyini bildirib.

Məlumata görə, Pxenyan lideri təhsil müəssisələrinin ordunun “müasirlik və inkişaf” tələblərinə cavab vermədiyini bildirərək, rəhbər şəxslərə də öz iradlarını çatdırıb.

Xarici medianın yazdığına görə, Kim Çen Inın hərbi akademiyalara səfərləri Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsi ilə birbaşa bağlı ola bilər. Cənubi Koreya rəsmilərinin fikrincə, Pxenyan hakimiyyəti Rusiyaya hərbi qüvvə və sursat göndərərək, müasir döyüş meydanlarında real təcrübə qazanmağı hədəfləyir.

“AzPolitika.info”