Strateji raket sınağına qatılan Şimali Koreya lideri Kim Çen In hərbçiləri nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.
7Times.az xəbər verir ki, bu barədə Şimali Koreyanın “KCNA” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, strateji raket təlimində iştirak edən Kim Çen In ordunun nüvə silahından istifadə etməyə hazır olması lazım olduğunu bildirib.
O, müdafiə imkanlarının yalnız güclü hücum qüvvəsi ilə təmin oluna biləcəyini qeyd edib və sözlərini belə davam etdirib:
“Nüvə silahlı qüvvələrin döyüş hazırlığını daim təkmilləşdirmək, onlardan istifadəyə tam hazırlığı təmin etmək və beləliklə, etibarlı nüvə qalxanının köməyi ilə dövlətin suverenliyini və təhlükəsizliyini əbədi qorumaq respublikanın nüvə silahlı qüvvələrinin məsuliyyətli missiyası və vəzifəsidir. Təlimin məqsədi Şimali Koreya ordusunun istənilən ərazidə əks hücuma keçmə qabiliyyətini nümayiş etdirməkdir”.
Xatırladaq ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket sınağıdır.
Follow @7timesaz