Dünya

“ABŞ-nin növbəti prezidenti o olacaq”  Mask “proqnoz” verdi

“ABŞ-nin növbəti prezidenti o olacaq” – Mask “proqnoz” verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı məşhur milyarder İlon Mask Donald Trampdan sonra ABŞ-nin növbəti prezidentinin kim olacağına dair proqnozunu açıqlayıb.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, öz sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edən Mask ABŞ-nin növbəti prezidentinin hazırkı vitse-prezident J.D.Vens olacağını yazıb.

Mask Vensi nəzərdə tutaraq, “indiyə qədərki ən yaxşı vitse-prezident və gələcək prezidentimiz”, – deyə bildirib.

Qeyd edək ki, əvvəllər Donald Trampın ünvanına ən kəskin ifadələr işlədən, onu tənqid edən Vens sonradan Trampın ən qatı “tərəfdarına” çevrilib, buna görə də Tramp tərəfindən vitse-prezident postuna layiq görülüb. Son olaraq Vens Münhen Təhlükəsizlik Konfransında Avropa ölkələrini aşağılayan kəskin çıxışı və onların daxili siyasətinə qarışaraq, faşist görüşlərilə tanınan ultra sağçı siyasətçiləri dəstəkləməsilə yadda qalıb.

“AzPolitika.info”