Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası yolu hər iki ölkənin liderləri – Vladimir Putin və Donald Trampın siyasi iradəsi olarsa, sürətləndirilə bilər.
“Report”un məlumatına görə, bunu “Rossiya-1” telekanalının “Moskva Putin” proqramında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“İndi dialoqa getmək, bütün münasibətləri yaxşılaşdırmaq üçün cəhdlər edilir. Qarşıda çox yol var. Çünki ikitərəfli münasibətlərin bütün kompleksinə çox böyük ziyan dəyib. Amma iki liderin – prezident Putinin və prezident Trampın siyasi iradəsi qorunub saxlanılarsa, onda bu mərhələdən kifayət qədər tez və uğurla keçmək olar”, – Kreml nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, ABŞ administrasiyasının yeni xarici siyasət konfiqurasiyası əsasən Rusiya ilə üst-üstə düşür.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda, fevralın 27-də isə İstanbulda Moskva və Vaşinqton nümayəndələri arasında Rusiya və ABŞ səfirliklərinin işinin normallaşdırılmasına, ümumilikdə diplomatik əlaqələrin bərpasına yönəlmiş danışıqlar aparılıb.
Follow @7timesaz